
“Real” səs-küylü transferə hazırlaşır
“Real” dünya çempionatından sonra səs-küylü transfer həyata keçirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” “Bayern”in vingeri Maykl Oliseni heyətinə qatmaq istəyir. İddialara əsasən, fransalı futbolçu yaxın vaxtlarda Münhen klubundan Madrid təmsilçisinə transferinə icazə verməsini xahiş edəcək.
“Bayern” 24 yaşlı futbolçunu 200 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil. Dünya futbolu tarixinin ən bahalı transferi 2017-ci ildə Neymarın “Barselona”dan PSJ-yə 222 milyon avroya keçididir.
“Transfermarkt” portalı Olisenin dəyərini 150 milyon avro qiymətləndirir.
Olise ötən mövsüm “Bayern”in heyətində keçirdiyi 52 oyunda 22 qol vurub və 31 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



