“Qalatasaray” daha bir futbolçu ilə yollarını ayırdı

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Yedlinlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yedlinin karyerasına ABŞ-da davam edəcəyi gözlənilir. Amerikalı oyunçu ilə “İnter Mayami” klubu yaxından maraqlanır.

Müdafiəçi bu mövsüm “Qalatasaray”la 24 oyuna çıxıb.

“Qalatasaray”da bundan əvvəl Qustavo Enrike (Qustavo Assunçao) ilə yollar ayrılıb.