“Zalsburq”un futbolçusu Super Liqa klubunda – Rəsmi

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Zalsburq”dan Fredrik Qulbrandseni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

2016-cı ildən “Zalsburq”da forma geyinən Qulbrandsenin Avstriya təmsilçisi ilə müqaviləsi iyunun 30-na qədər idi. Hücumçu, son mövsümdə 35 qarşılaşmada iştirak edərək, 12 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button