Emin Mahmudov: “Bu il əlimizdən gələni etməliyik ki, azarkeşlərimiz də sevinsin”

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Dinamo” (Minsk) ilə oyundan öncə “Neftçi”nin kapitanı Emin Mahmudov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, sabahkı matçla bağlı bunu deyib:

“Bizim üçün hazırlaşmağa xeyli vaxt oldu. Yaxşı hazırlaşmışıq, inşallah, sabah göstərəcəyik. Bizim böyük motivasiyamız var, çox vacib mövsümdür.

Rəqib də yaxşı komandadır, yaxşı oynayır. Onları keçə bilsək, daha sonrasını fikirləşəcəyik. “Dinamo”nu keçməmişik, buna görə də “Braqa” ilə oyunu fikirləşə bilmərik.

Keçən illər var ki, çox şanslarımız olub, lakin uğursuzluq olub. Bu ilin çox yaxşı keçəcəyinə inanırıq, bunun üstündə çox çalışırıq. Bu il əlimizdən gələni etməliyik ki, azarkeşlərimiz də sevinsin. Onlar bizə çox böyük motivasiya verdilər.

Digər illərə baxanda oyunçularda elə də dəyişiklik yoxdur. Baş məşqçi də eyni məşqçidir. Bu il daha çox sabitlik göstərməyə çalışacağıq”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button