Türkiyəli futbolçu ÇSKA-dan ayrıldı

Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı Rusiya ÇSKA-sından ayrılıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Fransa “Lill”i ilə razılığa gələ bilməyib.

Yazıcı Liqa 1 təmsilçisinə qayıdıb.

Yusuf Yazıcı bu ilin qışında icarə əsasında ÇSKA-ya keçmişdi.