“Turan Tovuz”un Türkiyədəki rəqibləri bilindi

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanacaq “Turan Tovuz”un yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 17-dək Antalyada hazırlığını davam etdirəcək Tovuz təmsilçisi ilk yoxlama oyununa 9 yanvar tarixində çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.

Hazırlıq çərçivəsində növbəti oyunlar isə 15 yanvar tarixində keçiriləcək. Həmin gün baş məşqçi Ayxan Abbasov 2 oyununda komandanı sınaqdan keçirəcək. Günün ilk oyununda komanda Macarıstan təmsilçisi “Şiofok”la qarşılaşacaq. İkinci oyundakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button