“Turan Tovuz”dan 2 futbolçusu ilə yeni müqavilə

“Turan Tovuz” 2 futbolçusu ilə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, Tovuz təmsilçisi hücumçusu Aleks Souza və müdafiəçisi Şəhriyar Əliyevlə yeni sözləşmə imzalayıb.

Qış transfer dövründə komandaya qoşulan braziliyalı futbolçu ilə müqavilənin müddəti 2025/2026-cı illər mövsümünün sonunadək artırılıb.

2 mövsümdür bu komandanın şərəfini qoruyan və “Turan Tovuz”un kapitanlarından olan təcrübəli müdafiəçi ilə 1+1 illik yeni müqavilə bağlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button