“Trabzonspor”un müdafiəçisi İtaliya klublarının hədəfindədir

“Trabzonspor”un müdafiəçisi Arseniy Bataqov transfer bazarında böyük maraqla qarşılanır.

Komanda.az xəbər verir ki, bu barədə “Taka” qəzeti məlumat yayıb.

23 yaşlı futbolçunun xidmətində İtaliyanın “Napoli” və “Bolonya” klubları, həmçinin, Portuqaliya “Benfika”sı maraqlıdır. “Trabzonspor” rəhbərliyi ukraynalı futbolçunun qiymətini 30–35 milyon avro olaraq müəyyənləşdirib və daha aşağı məbləğə onunla yolları ayırmaq niyyətində deyil.

Bataqov 2025/26 mövsümünün ilk yarısında Türkiyə çempionatında 16 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button