“Onsuz Çempionlar Liqasında necə oynadığımızı xatırlayın” – Dele Alli

“Tottenhem”in futbolçusu Dele Alli açıqlama verib.

Komanda.az xəbər verir ki, “The Telegraph” nəşrinə danışan yarımmüdafiəçi, komanda yoldaşı Harri Keynin yoxluğu haqda da fikirlərini deyib:

“İnsanların yaddaşı zəifdir, onlar Keynin bundan əvvəl nə vaxt zədələndiyini unudublar. Onsuz Çempionlar Liqasında necə oynadığımızı xatırlayın. “Tottenhem” tək futbolçudan ibarət deyil. Biz bir komandayıq. Keynsiz oynamağı bacarırıq”.

“Tottenhem”də hazırda zədəli olan Keynin ən tez aprel ayında yaşıl meydanlara qayıdacağı bildirilir.