“Reşford bir mövsümdə 25-35 qol vurmağa qadirdir”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın hücumçusu Markus Reşfordun qol potensialından danışıb.

Komanda.az “İndependent” nəşrinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı, ingiltərəli futbolçunun bir mövsümdə 25-30 qol vurmağa qadir olduğunu bildirib:

“Düşünürəm ki, Markus Reşford bir mövsümdə 25-35 qol vurmağa qadirdir. Bunun üçün onun hər şeyi var, mən buna yüz faiz əminəm. Başqa bir şey odur ki, o, tez-tez topla həddindən artıq oynayır. Mövsümün ilk yarısında hücumda problemlər yaşadıq. O, bunun komandadakı çıxışı ilə bağlı olduğunu anladı. Biz bu barədə danışdıq və qışdan sonra hücum oyunumuz xeyli yaxşılaşdı”.

26 yaşlı Reşford bu mövsüm bütün turnirlərdə 40 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button