Tanınmış məşqçi vəfat etdi

Şotlandiya milli komandasının, “Reyncers”in və İngiltərənin “Everton” klubunun sabiq baş məşqçisi Valter Smit vəfat edib.

Komanda.az xəbər verir ki, Smit 73 yaşında vəfat edib. Bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Valter Smit 1991-1998 və 2007-2011-ci illərdə “Reyncers”in “sükanı arxasında” olub, bu komanda ilə 10 dəfə Şotlandiya çempionluğu yaşayıb. O, 2007/2008 mövsümündə komandasını UEFA Kubokunun (hazırkı Avropa Liqası) finalına çıxarıb. “Reyncers” final görüşündə Rusiya “Zenit”inə 0:2 hesabı ilə uduzub.

O, 1998-2002-ci illərdə “Everton”un, 2004-2007-ci illərdə Şotlandiya millisinin baş məşqçisi olub.