Super Liqada baş məşqçi istefası

Türkiyənin “Yeni Malatyaspor” klubu baş məşqçisi Erol Bulutla yolları ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstefaya sözügedən komandanın Türkiyə kubokunun yarımfinalında “Qalatasaray”a qarşı keçirilən cavab oyununda 2:5 hesablı məğlubiyyət səbəb olub. Doğma meydanda baş tutan matçdan sonra klub rəhbərliyi ilə görüşən Bulut qarşılıqlı razılıq əsasında vəzifəsindən ayrılıb.

“Yeni Malatyaspor” İstanbul nəhəngi ilə səfərdə baş tutan ilk yarımfinal matçında heç-heçəyə imza atmışdı – 0:0.

Malatya klubu Super Liqada 38 xalla 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button