“Skoulzla müqayisə olunmaq çox gözəldir” – Eriksen

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen “qırmızı şeytanlar”ın keçmiş oyunçusu Pol Skoulzla müqayisə olunmaqdan həzz aldığını etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu bu müqayisənin çox gözəl olduğunu deyib:

“Skoulzla müqayisə olunmaq çox gözəldir. Lakin hər kəs öz yolunu, öz adını yaradır”.

30 yaşlı Eriksen 2022-ci ilin yayında “Brentford”dan “Mançester Yunayted”ə keçib. O, yeni komandasında 8 oyun keçirib (6-sı Premyer Liqada, 2-si Avropa Liqasında), 2 məhsuldar ötürmə edib.

Skoulz 1993-2013-cü illərdə “Mançester Yunayted”də çıxış edib.

Bizi Telegramda izləyin