
“Sarri topa sahib olmağa “xəstə” kimi bağlı idi”
“Yuventus”un sabiq müdafiəçisi Duqlas Kosta Turin komandasında çıxış etdiyi dövrdə müxtəlif məşqçilərlə çalışıb. Onlardan biri hazırda “Latsio”nu çalışdıran Mauritsio Sarri olub.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, Sarri haqqında fikirlərini bölüşən braziliyalı futbolçu, onun yaxşı məşqçi olduğunu bildirib:
“Sarri yaxşı məşqçidir, amma o, topa sahib olmağa bir az “xəstə” kimi bağlı idi, bu, onun üçün bir növ obsesiyaya (insanı təkrar-təkrar narahat edən düşüncə) çevrilmişdi. Hücum futboluna üstünlük verən məşqçidir”.
35 yaşlı Kosta hazırda yenidən İtaliya çempionatına qayıdıb. O, bu dəfə D Seriyası təmsilçisi “Kyevo”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



