Sanço Almaniyaya qayıtmaq istəyir

“Mançester Yunayted”dən icarə əsasında “Aston Villa”da çıxış edən Ceydon Sanço karyerasını yenidən Almaniyada davam etdirə bilər.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli vingerin Dortmund “Borussiya”sına qayıtmaq istədiyi bildirilir. Hücumameyilli yarımmüdafiəçi daha əvvəl uğurla çıxış etdiyi (2017-2021) Dortmund təmsilçisində yenidən oynamağa müsbət yanaşır.

Sanço ilə “Mançester Yunayted” arasındakı müqavilənin müddəti yayda başa çatacaq. Bu səbəbdən, o, Almaniya təmsilçisinə azad agent kimi qoşula bilər.

26 yaşlı futbolçu cari mövsümdə icarə əsasında “Aston Villa”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button