
Şahin Diniyev: “Erkən buraxılan qollardan sonra “Qarabağ” tamamilə “söndü”
“Qarabağ” dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda “Nyukasl”a böyük hesabla məğlub oldu – 1:6.
“Köhlən atlar”ın belə üzücü məğlubiyyətini dəyərləndirməsi üçün Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxladıq. Diniyev Komanda.az saytına açıqlamasında “Qarabağ”ın İngiltərə təmsilçisi ilə oyununun alınmadığını bildirdi:
“Dünən “Qarabağ”ın oyunu alınmadı. Əsas da birinci hissədə, erkən buraxılan qollardan sonra “Qarabağ” tamamilə “söndü”. “Nyukasl”ın qələbəsinə kölgə salmayaq. Həqiqətən də, layiqli qələbə qazandılar. Hər cəhətdən, həm taktiki, həm fiziki-funksional hazırlıqları yüksək səviyyədə olan bir komanda idi.
“Qarabağ”ın pley-off mərhələsinə gəlməsi elə böyük bir nəticədir. Ona görə də, ruhdan düşməmək lazımdır. “Qarabağ”a təşəkkürlər”.
Tərəflər arasındakı cavab matçı fevralın 24-də, İngiltərədə keçiriləcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



