“Sabah”ın U-18 komandası ÇL-ə məğlubiyyətlə başladı

“Sabah” basketbol klubunun U-18 komandası gənclər arasında Çempionlar Liqasında mübarizəyə start verib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupundakı ilk oyununda Bosniya və Herseqovinanın “İqokea” kollektivi ilə üz-üzə gəlib.

Laktasi şəhərində baş tutan qarşılaşma rəqibin 88:58 hesablı qələbəsi ilə bitib.

Azərbaycan təmsilçisi qrupdakı növbəti oyununu sabah “Porşe BBA Lyudviqsburq”a (Almaniya) qarşı keçirəcək.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button