“Sabah” Murad Musayevlə yollarını ayırıb

“Sabah”ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib.

Komanda.az xəbər verir ki, toplantı zamanı rusiyalı mütəxəssis komandadan ayrılmaq istəyini rəhbərliyin diqqətinə çatdırıb.

Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.

Murad Musayev 2021-ci ilin noyabrından “Sabah”da işləyib. Komanda onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). “Sabah” ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button