“Səbail” təhqirə görə cərimə ödəyəcək

AFFA İntizam Komitəsi (İK) Azərbaycan Premyer Liqasının 25-ci turunda yaşananlara hüquqi qiymət verib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” klubu 800 manat məbləğində cərimələnib.

Buna qəsəbə təmsilçisinin “Şamaxı” ilə matçda oyun günü planı tələblərini pozması səbəb olub.

Komitə “Səbail”ə 4000 manat məbləğində cərimə kəsib. “Dənizçilər”in azarkeşləri “Sumqayıt”la görüşdə təhqiramiz ifadələr işlədiblər. “Sumqayıt” isə nümayəndəsinin iclasa gecikməsi ucbatından 800 manat ziyana düşüb.

İntizam Komitəsi “Səbail”in qırmızı vərəqə almış futbolçusu Qustavo de Fransaya bir oyunluq cəza, kluba 200 manat cərimə tətbiq edib.

“Sabah”ın futbolçusu Anatoli Nuriyev “Kəpəz”lə qarşılaşmada ikinci sarı vərəqəni aldığı üçün bir matçlıq cəzalanıb. Klub bunun üçün 200 manat ödəcəyək.

“Kəpəz”in hücumçusu Abdullahi Şuaybu birbaşa qırmızı vərəqə aldığına görə iki oyunluq cəza alıb. Gəncə təmsilçisi bunun üçün 1600 manat ziyana düşüb. Həmin qarşılaşmada “Kəpəz” fanatları hakimləri kütləvi sürətdə təhqir etdikləri üçün klub 4000 manat ödəməli olacaq.

“Qarabağ” klubu isə 800 manat məbləğində cərimələnib. Buna “Qəbələ” ilə görüşdə 4 oyunçunun sarı vərəqə alması səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button