Rusların altını-üstünə çevirdiyi stadionun FOTOLARı

Ukraynaya hücum edən Rusiya qoşunları “Desna” klubunun ev oyunlarını keçirdiyi Yuri Qaqarin adına stadionu darmadağın ediblər.

Komanda.az xəbər verir ki, “Desna” klubunun sosial şəbəkə hesabında stadionun dağıdılmış vəziyyətinin fotoları paylaşılıb. Fotolardan da görünür ki, Çerniqovdakı arenaya böyük ziyan dəyib.

Bundan başqa, stadionun yaxınlığında yerləşən kitabxana da zərər görüb.

Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button