Rusiyanın “Krasnodar” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin “sükan”ı Daniel Farkeyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Farke son olaraq İngiltərədə “Norviç” komandasını çalışdırıb.