
“Zenit” Türkiyə millisinin üzvünü transfer etmək istəyir – Azı 30 milyon avroya
“Zenit” 25 yaşlı yarımmüdafiəçi Orkun Kökçü ilə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb.
Sankt-peterburqlular türk futbolçuya diqqətini Kersonun satışından sonra yönəldib. Klub Kökçü üçün “Beşiktaş”a 30 milyon avrodan artıq təklif etməyə hazırdır.
Orkun Kökçü 2025-ci ilin yayından etibarən “Beşiktaş”da çıxış edir. O, bu müddətdə bütün turnirlərdə 21 oyunda iştirak edib və 3 məhsuldar ötürmə verib. Türkiyə millisinin üzvünün klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



