DÇ-2022: “Bu oğlan heyrətamizdir!”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin İngiltərə millsinin yarımmüdafiəçisi Çud Bellingem haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, gənc yarımmüdafiəçinin DÇ-2022-də İrana qarşı ilk oyunundakı çıxışı (6:2) barədə fikirlərini bölüşüb:

“Bu oğlan heyrətamizdir! Düşünürəm ki, o, hazırda əla səviyyədədir. Klubda olduğu kimi yığmada da qol vura biləcək potensialdadır. Bir mərkəz yarımmüdafiəçisindən gözlənilən hər şeyə sahibdir”.

Roy Kin futbolçunun matçdan sonra verdiyi müsahibəni də şərh edib:

“Dediyim kimi, o, əla oyunçudur. Matçdan sonra verdiyi müsahibə yetkin bir şəxsin nitqinə bənzəyirdi. Bu adamda hər şey yerindədir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button