Keçmiş futbolçu Halandı tənqid etdi: “İkinci Liqa oyunçusuna bənzəyir”

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin “Mançester Siti”nin hücumçusu Erlinq Halandın “Arsenal”la oyunda (0:0) çıxışı haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi, norveçli futbolçunun çıxışından narazıdır:

“Haland oyununu yaxşılaşdırmalıdır. O, ikinci liqa oyunçusuna bənzəyir”.

Roy Kin əlavə edib ki, bir neçə ildən sonra Haland daha yaxşı oynamağı öyrənməlidir.

Haland bu mövsüm 35 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button