Ronaldo seçim qarşısında

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo karyerasını davam etdirmək üçün iki seçim qarşısında qalıb.

Komanda.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı ya “Atletiko”ya keçəcək, ya da “Mançester Yunayted”də qalacaq. Bu barədə “Ekip” nəşri məlumat yayıb.

Madrid klubunun hücumçu ilə maraqlandığı və onun tələblərini qarşılaya biləcəyi deyilir.

Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button