Ronaldo ardıcıl 2-ci dəfə ən yaxşı seçildi

İngiltərənin “Mançester Yunayted” klubunda oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Kristiano Ronaldo ardıcıl 2-ci dəfə bu ada layiq görülüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azarkeşlər arasında soruğunun nəticələrinə əsasən, portuqaliyalı forvard 57 faiz səslə 1-ci olub. Onu 14 faizlik göstərici ilə qapıçı David De Xea və 13 faiz səslə hücumçu Markus Reşford izləyib.

Ronaldo “Mançester Yunayted”in heyətində oktyabrda keçirdiyi matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 36 yaşlı futbolçu sentyabrdakı səsvermədə də bütün komanda yoldaşlarını qabaqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button