“Rinqdəki qələbələr əsgərlərimizə həsr olunacaq”

Azərbaycan millisinin boksçuları Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna növbəti dəfə dəstək nümayiş etdiriblər.

Komanda.az xəbər verir ki, Türkiyənin Kastamonu şəhərində təlim-məşq toplanışında olan yığma üzvləri hər bir vətəndaşımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və düşmənə tezliklə qalib gələcəyimizi vurğulayıblar.

Boksçular Dağlıq Qarabağda baş verən hadisələrdə Azərbaycana dəstək olan türkiyəli qardaşlarımıza minnətdarlıq ediblər. Bildirilib ki, rinqdə qazanılacaq hər bir qələbə Azərbaycan əsgərinə həsr olunacaq.

Daha sonra milli qardaş ölkənin yığması ilə birgə “Qarabağ Azərbaycandır” şüarını səsləndirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button