Reşford klubunu dəyişmək istəmir

“Mançester Yunayted”in hücumçusu Markus Reşford yay transfer pəncərəsində komandasını tərk etmək fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu mövsümlərarası fasilədə rəhbərliyin onu satmaq cəhdlərinin qarşısını almağa çalışacaq.

Reşford bu mövsüm ən yaxşı oyununu göstərmir. Forvard ötən il bütün turnirlərdə 30 qol vurmuşdusa, indi onun İngiltərə Premyer Liqasında cəmi 7 qolu var. Rəhbərlik bu səbəbdən futbolçunu satmağı düşünür.

Daha əvvəl PSJ-nin Reşfordla maraqlandığı bildirilirdi. Fransa klubunun “Real”a keçəcəyi gözlənilən Kilian Mbappenin yerinə onu dəvət etmək istədiyi iddia edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button