Benzema: “Yenidən Ronaldo ilə birlikdə oynamaq istəyirəm”

“Real”ın futbolçusu Kərim Benzema açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı hücumçu, son zamanlar adı klubla hallanan Erlinq Haland və Kriştiano Ronaldo haqda danışıb:

“Real”a hər il bir çox futbolçu gətirilir. Bunlar transfer dövrünün şayiələridir. Klubda olmayan futbolçu haqda danışa bilmərəm. Haland öz komandası üçün çox qol vuran futbolçudur və “Real”da deyil.

Ronaldo ilə Madriddə gözəl işlər görmüşük. Bunlar üç il əvvəldə qaldı və indi o, başqa komandadadır. Geri qayıdacağını bilmirəm, amma yenidən Ronaldo ilə birlikdə oynamaq istəyirəm”.