“Real” futbolçusu ilə razılığa gələ bilmir

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyosun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

“Kral klubu” 29 yaşlı futbolçunun xidmətində maraqlı deyil və onunla müqaviləyə vaxtından əvvəl xitam verilməsi variantını nəzərdən keçirir. Ancaq ispaniyalı yarımmüdafiəçi bu təkliflə razılaşmır.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, Sebalyos əməkdaşlığın dayandırılmasına razılıq vermək niyyətində deyil. Tərəflər arasındakı müqavilənin müddəti gələn ilin ortalarına kimidir.

Dani Sebalyos 2017-ci ildən “Real”ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 23 oyunda meydana çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 7 milyon avro təşkil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button