“Byelsa Uruqvay millisindəki atmosferi zəhərlədi”

Uruqvay millisinin sabiq kapitanı Dieqo Luqano DÇ-2026-da komandanın uğursuz çıxışından sonra baş məşqçi Marselo Byelsanı tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı mütəxəssisin millidə sağlam atmosfer formalaşdıra bilmədiyini və futbolçuların onun ideyalarını qəbul etmədiklərini bildirib:

“Byelsa komandadakı atmosferi zəhərlədi. O, hara gəldiyini heç vaxt başa düşmədi. Futbolçular da onu heç vaxt anlamadılar. Dünya çempionatında olmamalı idi, amma milyonluq müqaviləsinə görə postunda qaldı. Uşaqlara yazığım gəlir, çünki rəqabət apara bilmədilər. Ümid edirəm ki, Uruqvay bir daha belə səhvi təkrarlamaz”.

Uruqvay millisi E qrupunu 2 xalla üçüncü pillədə başa vurub. Komanda üçüncü yerlər arasında ən yaxşı səkkiz yığma sırasına düşə bilmədiyi üçün dünya çempionatı ilə erkən vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button