
Tanınmış məşqçiyə xərçəng diaqnozu qoyulub
“Sevilya”nın sabiq baş məşqçisi, hazırda isə klubun fəxri prezidenti olan Xoakin Kaparrosa yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub.
Komanda.az xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb:
“Fəxri prezidentimiz Xoakin Kaparrosa yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub. Klubumuzun sevimli sabiq baş məşqçisi ailəsinin, dostlarının və bütün sevilyalıların dəstəyini hiss edir. O, artıq lazımi müalicə prosedurlarına başlayıb.
Xoakinə tezliklə sağalmağı arzulayırıq. Əminik ki, o, həmişə olduğu kimi, bu sınaqdan da təmkin və cəsarətlə çıxacaq. Təslim olma, Xoakin!”
70 yaşlı mütəxəssis “Sevilya”ya 2000-2005-ci illərdə, eləcə də 2019 və 2025-ci illərdə rəhbərlik edib.
Kaparros 2020-2022-ci illərdə Ermənistan millisini də çalışdırıb. Mütəxəssis həmçinin, “Atletik”dəki fəaliyyəti ilə də tanınır.
Bizi Facebook-da izləyin



