“Real”ın yeni transferi oğlunun xəstəliyindən danışdı

“Real”ın yeni müdafiəçisi Mark Kukurella autizm xəstəliyi olan oğlundan danışıb və ailəsinin onun üçün hər şeydən vacib olduğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, oğlunun autizmli olmasının həyata baxışını dəyişdirdiyini deyib:

“Düşünürəm ki, artıq hamı oğlumun autizmli olduğunu bilir. Bu, həyatımı dəyişməyib, sadəcə ona daha çox dəyər verməyimə səbəb olub. Oğlum üçün uyğun məktəb və ya terapiya imkanlarının olmadığı heç bir kluba keçməzdim. Ailəm hər şeydən önəmlidir. Bu, bizim üçün inanılmaz dərəcədə vacibdir”.

Kukurella bu yay “Çelsi”dən “Real”a transfer olunub. Madrid təmsilçisi 27 yaşlı müdafiəçinin keçidi üçün London klubuna 55 milyon avro ödəyib. Futbolçu 2022-ci ildən etibarən “Çelsi”nin formasını geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button