
“Qarabağ” bu gün yoxlama oyunu keçirəcək
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sözügedən ölkədə ilk yoxlama oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yerli “Tirol” klubu ilə üz-üzə gələcək.
“In Gernot Langes” stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
“Qarabağ” Bakıdakı yoxlama matçında “Zirə”ni məğlub edib – 4:3.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



