
Olise ardıcıl ikinci dəfə ilin ən yaxşısı seçildi
Fransa millisinin və “Bayern”in yarımmüdafiəçisi Maykl Olise ardıcıl ikinci mövsüm klubunda ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin azarkeşlər arasında keçirdiyi səsvermədə 24 yaşlı futbolçu səslərin 51,4 faizini toplayaraq birinci olub.
Komandanın digər hücumçuları – İngiltərə millisinin forvardı Harri Keyn 32 faiz səslə ikinci, kolumbiyalı vinger Luis Dias isə 4 faiz səslə üçüncü yeri tutub.
Olise 2025/2026 mövsümündə “Bayern”in heyətində bütün turnirlər daxil olmaqla 52 oyuna çıxıb, 22 qol vurub və 31 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalına görə, fransalı futbolçunun bazar dəyəri 150 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



