“Kəpəz” “Araz-Naxçıvan” və “Turan Tovuz”un sabiq futbolçuları ilə danışıq aparır

“Kəpəz” yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir.

Komanda.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi son olaraq “Araz-Naxçıvan”dan ayrılan müdafiəçi Urfan Abbasovun transferində maraqlıdır. 33 yaşlı futbolçu bir neçə gün əvvəl Naxçıvan klubu ilə yollarını ayırıb.

“Kəpəz”in maraq dairəsində olan digər futbolçu isə son mövsümü “Turan Tovuz”da keçirən mərkəz müdafiəçisi Şəhriyar Əliyevdir.

Hazırda tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə məsələyə aydınlıq gəlməsi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button