“Neftçi”dən növbəti transfer

“Neftçi” yeni hücumçu transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, slovakiyalı Lubomir Tupta komandanın yeni üzvüdür.

28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 29 nömrəli formanı geyinəcək.

Hər iki cinahda vinger kimi də oynaya bilən Lubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 məhsuldar ötürmə müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button