
Ukrayna klubu “Qarabağ”a neçə milyon avro ödəyib?
Ukraynanın “Polesye” klubu “Qarabağ”dan Leandro Andradeni transfer etdiyini açıqlayıb.
Premyer Liqa klubu 26 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın Andradenin transferindən nə qədər gəlir əldə etdiyi də məlum olub. “Transfermarkt” portalının məlumatına görə, “Polesye” kabo-verdeli futbolçu üçün Azərbaycan klubuna 3 milyon avro (5.797.000 manat) ödəyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



