İtaliya klubu Kasadonu icarəyə götürmək istəyir

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado bu yay komandasını dəyişə bilər.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Milan” yaxından maraqlanır. “Qırmızı-qaralar” Kasadonu bir mövsümlük icarəyə götürmək və müqaviləyə satınalma bəndi əlavə etmək niyyətindədir.

İspaniyalı oyunçu 2024-cü ilin yayından “Barselona”nın əsas komandasında çıxış edir. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

“Transfermarkt” portalı Kasadonun dəyərini 18 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button