“Real”ın futbolçularından kluba jest – 1 milyon avrodan imtina edirlər

“Real”ın futbolçuları nümunəvi addımla diqqət mərkəzinə düşüblər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun futbolçuları La Liqanın və ölkə superkubokunun qalibi olduqları üçün əldə edəcəkləri pulu almamağa qərar veriblər. Komanda üzvləri koronavirusla bağlı kluba kömək məqsədiylə çempionluq üçün qazandıqları 700 min və superkuboka görə almalı olduqları 300 min avrodan – ümumilikdə 1 milyon avrodan imtina ediblər.