“Real”ın zədəlilərindən ikisi sağaldı

İspaniyanın “Real” klubunun iki futbolçusu zədəsini sağaldıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Dani Karvahal və Lukas Vaskes sağalıb. Hər iki futbolçu komanda ilə birlikdə məşqlərə başlayıb.

Komandanın digər zədəliləri – Serxio Ramos, Eder Militao, Marselo, Eden Hazard isə hələ də sağalmayıblar və onlar La Liqanın növbəti turunun “Valensiya” ilə oyununu buraxacaqlar.

“Real” – “Valensiya” oyunu fevralın 14-də keçiriləcək.