
“Real” “Yuventus” üzərində qələbə ilə 1/4 finalda
ABŞ-da keçirilən Klublararası dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, bu gün 1/8 finalın daha bir görüşü baş tutub.
1/4 finala vəsiqə uğrunda İspaniyanın “Real” və İtaliyanın “Yuventus” komandaları qarşılaşıblar.
Madrid təmsilçisi bu oyundan 1:0 hesablı qələbə ilə ayrılmaqla növbəti mərhələyə yüksəlib. İspaniya nəhənginin yeganə qolunu 54-cü dəqiqədə Qonsalo Qarsiya vurub.
“Real”ın 1/4 finaldakı rəqibi “Borussiya” (Dortmund, Almaniya) – “Monterrey” (Meksika) görüşündə müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



