
“Real” yayda heyətini yeniləyəcək
“Real” yay transfer pəncərəsində hansı mövqelərin gücləndiriləcəyini artıq bilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun əsas prioritetləri mərkəz müdafiəsi və yarımmüdafiə xəttində yeni oyunçuların transferidir. Klub potensial variantları araşdırır.
Mart ayından başlayaraq yazda konkret adların qısa siyahısının tərtib edilməsi gözlənilir. “Real” bu yay aktiv bazar fəaliyyətinə hazırlaşır və bu, təkcə transferlərə deyil, həm də satışlara aiddir. Komandanın yenidən qurulması ehtimalı var. Lakin daha əvvəl bildirildiyi kimi, qış transfer pəncərəsində heç bir sövdələşmə gözlənilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



