“Özbəkistan üçün ilk dünya çempionatının asan olmayacağı bəlli idi”

Özbəkistan üçün ilk dünya çempionatının asan olmayacağı bəlli idi.

Komanda.az xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Fabio Kannavaro DÇ-2026-nın K qrupunun 2-ci turunda baş tutan Portuqaliya ilə oyundan (0:5) sonra deyib.

İtaliyalı mütəxəssis böyükhesablı məğlubiyyətin acı olduğunu söyləyib:

“Özbəkistan üçün ilk dünya çempionatının asan olmayacağı bəlli idi. Püşkatmadan sonra Kolumbiya və Portuqaliya kimi komandaların adlarını görəndə vəziyyətin çətinliyini artıq başa düşmüşdük”.

Məğlubiyyətə baxmayaraq, baş məşqçi futbolçuların çıxışından razı qaldığını və komandanın sonadək mübarizə apardığını vurğulayıb:

“Kolumbiya ilə oyundan sonra komanda ilə fəxr etdiyimi demişdim. Bu gün də eyni sözləri təkrar edə bilərəm. Bəli, oyunçular üçün çətin idi, ciddi problemlərlə üzləşdilər, amma bir an belə mübarizəni dayandırmadılar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button