
“Zirə” portuqaliyalı futbolçu transfer etdi
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Komanda.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Klub Da Silva Tavareş Vieranı (Vierinya) heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
29 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar” və Kiprin “Olimpiakos”(Nikosiya) klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



