
“Turan Tovuz”dan ayrılan futbolçu “Zirə”də – Rəsmi
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qartallar” Azərbaycan millisinin üzvü Ayxan Hüseynovu heyətinə qatıb.
Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
26 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu”, “Ximki” və ölkəmizdə “Turan Tovuz” klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



