
“Atletiko” Alvaresi İngiltərə klubuna satmaq istəyir
“Atletiko” hücumçusu Xulian Alvaresin “Barselona”ya transferinə qəti şəkildə qarşıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi İspaniya çempionatındakı birbaşa rəqiblərindən birini gücləndirmək niyyətində deyil.
“Atletiko” argentinalı forvardı “Arsenal”a satmağa daha isti yanaşır. London klubu da futbolçunun xidmətində maraqlıdır. Madridlilər Alvaresin transferindən 40-60 milyon avro gəlir əldə etməyi, həmçinin, “Arsenal”ın hücumçusu Viktor Qyokereşin transfer hüquqlarını da qazanmağı planlaşdırır.
26 yaşlı hücumçunun transfer dəyəri 100 milyon avro qiymətləndirilir. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



