Ronaldodan dünya çempionatları tarixinin yeni rekordu

Kristiano Ronaldo dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Özbəkistanla keçirilən matçda hesabı açaraq 6 fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub.

Ronaldo 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı il mundiallarının hər birində qol vurmaqla tarixə düşüb.

Bu qol Ronalduya daha bir uğur qazandırıb. O, dünya çempionatlarında 40 yaşdan yuxarı qol vuran ikinci futbolçu olub. Mundiallar tarixində bu rekordun sahibi isə Kamerun millisinin əfsanəvi hücumçusu Roje Milladır. O, 1994-cü il dünya çempionatında 42 yaşında olarkən Rusiya yığmasının qapısına qol vurmuşdu.

Portuqaliya – Özbəkistan matçında dünya çempionatları tarixinin ən böyük yaş fərqi qeydə alınıb. Ronaldonun 41 yaş 4 ay 18 günü, Özbəkistan millisinin müdafiəçisi Bəhrudcon Kərimovun isə 18 yaş 10 ay 16 günü olub. İki oyunçu arasındakı fərq 22 il 183 gün təşkil edib.

Bundan əvvəlki müvafiq rekord DÇ-1994-də kamerunlu Roje Milla və rusiyalı Vladimir Besçastnıx (21 il 321 gün) arasında qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button