“Real” Mourinyo ilə 2 illik anlaşıb

Joze Mourinyo artıq “Real”ın baş məşqçisi təyin edilib. Tərəflər arasında müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb və razılaşma tam yekunlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi portuqaliyalı çalışdırıcının hazırkı klubu “Benfika”ya müqavilənin vaxtından əvvəl pozulmasına görə 6 milyon avro məbləğində təzminat ödəyəcək.

Bundan əvvəl yayılan xəbərlərdə Mourinyonun “kral klubu”nun transfer siyasətində də söz sahibi olacağı bildirilirdi.

63 yaşlı mütəxəssis daha əvvəl də 2010-2013-cü illərdə “Real”ı çalışdırıb. Madrid təmsilçisi onun rəhbərliyi altında bir dəfə İspaniya çempionu olub, həmçinin, ölkə kuboku və superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button