“Real” narahatdır – Mbappenin tənqid olunmasına görə

“Real” PSJ-nin hücumçusu Kilian Mbappenin yayda Paris klubundan ayrılacağı xəbərindən sonra Fransa mətbuatının təzyiqi ilə üzləşəcəyinə görə, 25 yaşlı futbolçuya ünvanlanan tənqidlərdən narahatdır.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “kral klubu” artıq Mbappe ilə əlaqə saxlayıb, dəstəyini ifadə edib və bunun gözlənilən olduğunu əmin edib.

Fransa mətbuatının futbolçunun Liqa 1-in 27-ci turunun “Marsel”lə matçının (0:2) 65-ci dəqiqəsində əvəzlənməsindən narazı qalmasından sonra onun ünvanına tənqidləri daha da gücləndirdiyi vurğulanır.

Mbappenin artıq 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzaladığı “Real”a bu yay keçəcəyi barədə daha əvvəl məlumat yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button